AZ

Rusiya Krımı “İsgəndər” raketləri üçün buraxılış meydançasına çevirib - HDQ

Rusiya ordusu Ukraynanın materik hissəsinə raketlər, o cümlədən “İsgəndər-M” ballistik raketləri atmaq üçün müvəqqəti işğal olunmuş Krımdan istifadə edir.

Herbiand.az bildirir ki, bu barədə telemarafonun efirində Ukrayna Hərbi Dəniz Qüvvələrinin mətbuat katibi, 3-cü dərəcəli kapitan Dmitri Pletençuk danışıb.

“Rusiya müvəqqəti olaraq işğal etdiyi Krımı “İsgəndər-M” raketlərinin buraxılış meydançası, əməliyyat-taktiki kompleks kimi istifadə edir. Bundan istifadə etməklə məsafəni və müvafiq olaraq uçuş müddətini azaltmağa çalışırlar ki, bizim reaksiya ehtimalını azaltsınlar. Təəssüf ki, bu ərazilər işğaldan azad edilənə qədər, düşmən tərəfindən belə istifadə olunacaq”, - o deyib.

Pletençuk qeyd edib ki, Krımda düşmən aerodromları var ki, oradan taktiki təyyarələr havaya qalxır və vaxtaşırı zərbələr endirmək üçün istifadə olunur: “Təəssüf ki, onlar Qara dəniz üzərindəki hava məkanında özlərini kifayət qədər təhlükəsiz hiss edirlər”.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
0
herbiand.az

1Mənbələr