AZ

Çadralı qadınla bağlı yalan məlumat yayan şəxs məsuliyyətə cəlb olunub

Onun hər hansı kriminal hadisədə iştirak etmədiyi, barəsində yayılan məlumatların isə həqiqətə uyğun olmadığı sübuta yetirilib.

Paytaxtın Qaradağ rayonunda məktəblərdən birinin yaxınlığında naməlum şəxsin uşaqlara qarşı hüquqazidd əməllər törətməsi ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatlar hüquq-mühafizə orqanları tərəfindən araşdırılıb.

Operativ Media xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, yayılan iddialar əsassızdır.

Araşdırmalar nəticəsində qeyd olunan ərazidəki hadisədə adı hallanan qadın polis əməkdaşları tərəfindən müəyyən olunaraq Qaradağ Rayon Polis İdarəsinə dəvət edilib.

Onun hər hansı kriminal hadisədə iştirak etmədiyi, barəsində yayılan məlumatların isə həqiqətə uyğun olmadığı sübuta yetirilib.

Bununla yanaşı, sosial şəbəkələrdə həmin görüntüləri paylaşaraq cəmiyyətdə təşviş yaradan digər qadın da müəyyən olunub və polis idarəsinə çağırılıb. Onunla profilaktik söhbət aparılıb və qanunvericiliyə uyğun olaraq barəsində məsuliyyət tədbirləri görülüb.

DİN bir daha vətəndaşlara müraciət edərək xəbərdarlıq edib ki, təsdiqlənməmiş və əsassız məlumatların paylaşılması həm ictimai narahatlıq yaradır, həm də hüquqi məsuliyyətə səbəb ola bilər. Şübhəli hallarla qarşılaşdıqda isə dərhal hüquq-mühafizə orqanlarına məlumat verilməsi tövsiyə olunur.

Seçilən
0
50
operativmedia.az

10Mənbələr