Mayın 1-də gənclər və idman naziri Fərid Qayıbov Mingəçevir Turizm Kollecində gənclərlə görüş keçirib.
News24.az xəbər verir ki, Fərid Qayıbov əvvəlcə kollecin fəaliyyəti ilə maraqlanıb.
Kollecin direktoru Kamal Əhmədov müəllim-tələbə heyəti adından naziri salamlayaraq, təhsil ocağına gəldiyi üçün təşəkkür edib.
Fərid Qayıbov gənclərin təhsil, məşğulluq və könüllülük sahəsində fikirlərini dinləyib, onların ideya və təşəbbüsləri ilə maraqlanıb, ünvanlanan sualları cavablandırıb. Nazir gənclərə dövlət qayğısı, bu sahədə həyata keçirilən proqram və layihələrdən bəhs edib, gənclərin ölkənin ictimai həyatında və davamlı inkişafında mühüm rol oynadığını vurğulayıb.



