Məşhur ispan azarkeşi, futbol ictimaiyyəti tərəfindən daha çox Manolo kimi tanınan Manuel Kaseres-Artesero 77 yaşında vəfat edib.
Publika.az xəbər verir ki, İspaniya millisinin mətbuat xidməti onun ölüm xəbərini yayıb.
10 mundialda iştirak edən sadiq azarkeş son bir neçə gündür ciddi nəfəs probleminə görə xəstəxanada yatmalı olub
"Təşəkkür edirik, Manolo, bütün bu müddət ərzində kədərimizdə və sevincimizdə bizimlə olduğunuz üçün. Bilirik ki, siz bundan sonra da ürəyimizin döyünməsini sürətləndirəcəksiniz. Rahat yat", - bəyanatda deyilir.