AZ

Honkavaara: “Çelsi”yə qarşı qorxmaz və təvazökar olmalıyıq”

“Yurqorden”in baş məşqçisi Yani Honkavaara Konfrans Liqasının yarımfinalında “Çelsi”yə qarşı keçiriləcək ilk oyundan gözləntisini açıqlayıb.

Arena.az fin mütəxəssisin oyuna həsr edilmiş mətbuat toplantısında səsləndirdiyi müvafiq fikrini təqdim edir:

“Bizə, özümüzün ən yaxşı gününü keçirmək gərəkdir, qorxmaz və eyni zamanda təvazökar olmalıyıq. Hücum nöqteyi-nəzərindən, “Çelsi” çox təşkilatlanmış komandadır, çox səbrli komandadır. Onlar topa hətta İngiltərə Premyer Liqasında da çox nəzarət edirlər. Biz topu özümüzdə saxlamalıyıq, xüsusilə evdəki oyunda. Çünki belə olduğu halda, onlar müdafiədə elə də səbrli olmurlar. Bizim, autsayderlərin malik olduqları alətlərimiz var.

Bizə, burada, evdə xüsusi çıxış etmək gərəkdir. Biz, “Çelsi”nin həmçinin İngiltərə Premyer Liqasında köklənməli olacağını bilirik, amma onların heyəti bizim heyətimizdən ən azı 15 oyunçu artıqdır. “Çelsi” təzyiqə yaxşıca adət etmiş yüksək səviyyəli komandadır”, deyə Honkavaara vurğulayıb.

Xatırladaq ki, “Yurqorden” – “Çelsi” oyunun bu gün, mayın 1-də keçiriləcək. Hakim oyunu Bakı vaxtı ilə saat 23:00-da başladacaq.

Əlavə edək ki, “Çelsi” cari mövsüm Avropa Konfrans Liqasını qazanmağa ən əsas namizəd olaraq qəbul edilir.

Seçilən
0
arena.az

1Mənbələr