Ukrayna prezidenti Volodimir Zelenski Prezident Aparatının (OP) keçmiş müşaviri Aleksiy Arestoviçə qarşı sanksiyalar tətbiq edib.
"Unikal" xəbər verir ki, bu barədə “Strana.ua” Ukrayna liderinin fərmanına istinadən məlumat yayıb.
"Ona qarşı sanksiyaların siyahısına aşağıdakılar daxildir: dövlət mükafatlarından məhrumetmə və digər həvəsləndirmə formaları, aktivlərin bloklanması, ticarət əməliyyatlarının tamamilə dayandırılması, Ukrayna ərazisindən resursların tranzitinin tam dayandırılması, kapitalın xaricə çıxarılmasının qadağan edilməsi, KİV-də iqtisadi və maliyyə öhdəliklərinin yerinə yetirilməsinin dayandırılması, lisenziyaların, o cümlədən yerin təkindən istifadəyə icazələrin ləğvi, habelə dövlət əmlakının özəlləşdirilməsində və icarəyə verilməsində iştirakın qadağan edilməsi. Bəzi sanksiyalar, o cümlədən aktivlərin bloklanması qeyri-müəyyən müddətə, digər tədbirlər isə 10 il müddətinə tətbiq edilir", - KİV yazıb.
Gülayə Mecid