AZ

Misirdən 8 manata alıb Rusiyaya 5 dəfə ucuz satmışıq - 1 manat 68 qəpikdən

2025-ci ilin ilk iki ayında Azərbaycana 4,11 ton çiyələk idxal olunub. 

Valyuta.az xəbər verir ki, bu idxalın ümumi dəyəri 15,23 min ABŞ dolları təşkil edib.

Bu müddət ərzində çiyələk idxalı əsasən İran, Misir və "Türkiyə"dən həyata keçirilib.
Belə ki, İrandan 0,43 ton (430 kq) çiyələk gətirilib və bunun üçün 1,08 min ABŞ dolları xərclənib. Bu da onu deməyə əsas verir ki, İran çiyələyinin bir kilosu təxminən 2,51 ABŞ dolları və ya 4 manat 26 qəpik olub.

Misirdən idxal olunan çiyələyin həcmi 2,03 ton (2030 kq) olub. Bu ölkədən gətirilən çiyələyin idxal dəyəri 10,03 min ABŞ dolları təşkil edib. Belə ki, Misirdən gətirilən 1 kiloqram çiyələyin qiyməti 4,94 dollar və ya 8 manat 3 qəpik olub.

Türkiyədən isə 1,65 ton (1650 kq) çiyələk idxal olunub. Bu məhsula görə ümumilikdə 4,12 min ABŞ dolları ödənilib. Beləliklə, Türkiyədən gətirilən çiyələyin bir kilosu 2,5 dollar və ya 4 manat 25 qəpiyə başa gəlib.

2025-ci ilin ilk iki ayında Azərbaycandan Rusiyaya 2 ton çiyələk ixrac olunub. Bu ixracdan 1,96 min ABŞ dolları gəlir əldə edilib. Rəqəmlər göstərir ki, Rusiya bazarına satılan çiyələyin bir kilosu 0,98 dollar və ya 1 manat 66 qəpik olub.

Hazırda Azərbaycan bazarında çiyələyin 1 kiloqramı 4-5 manat civarında satılır.

Sərvanə Rəmixanova

Seçilən
0
11
valyuta.az

10Mənbələr