"Uzak Şehir" serialının aktrisası Sinem Ünsal ilk dəfə formada qalma sirrini açıqlayıb.
BAKU.WS xəbər verir ki, o hər zaman çəkisinə diqqət etdiyini vurğulayıb. Aktrisa qeyd edib ki, uşaq vaxtdan ət yemir.
"Uşaqlığımdan ət yemirəm. Dadı belə necədir, bilmirəm. Qoxsunu ümumiyyətlə unutmuşam" - deyə, 31 yaşlı aktrisa qeyd edib.
Sinem ilk yeməyini günortadan sonra saat 17:00-da yediyini, ikinci yeməyini isə 4 saat sonra yəni 21:00-da yeyib yatdığını deyib.
Aktrisa bildirib ki, ətlə yanaşı süd məhsulları da istehlak etmir.
Qeyd edək ki, aktrisa "Uzak Şehir" serialında Alya rolunu canlandırır.