Rusiya Federasiyası Kommunist Partiyasının (KKP) lideri Gennadi Zyuqanov Volqoqradın adının Stalinqrad olaraq dəyişdirilməsi ideyasını dəstəkləyib.
Publika.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Siyasətçinin sözlərinə görə, yerli sakinlər uzun müddətdir ki, şəhərin adının dəyişdirilməsi ilə bağlı fərmanın qəbul edilməsində israr edirlər, ona görə də bu məsələ Rusiya prezidenti Vladimir Putinin iştirakı ilə keçirilən görüşdə qaldırılıb.
"Və dedi ki, vətəndaşlar səs versə, bir daha müzakirə edək. Məncə, bu, çoxdan gecikib. Mən onun yerində olsaydım, artıq mayın 9-na kimi fərman verərdim", - Zyuqanov fikrini yekunlaşdırıb.
Qeyd edək ki, aprel ayında Putin Moskvada təhsillə bağlı marafonun iştirakçıları ilə görüşündə bildirib ki, Volqoqradın Stalinqrad adlandırılması məntiqlidir, lakin adın qaytarılması ilə bağlı yekun qərarı şəhər sakinləri verməlidir.