“Ximki”nin sabiq baş məşqçisi Frank Artiqa klubu FIFA-ya şikayət edib.
Msport.az xəbər verir ki, bu barədə Artiqanın agenti Dmitri Selyuk məlumat verib. O, Artiqin bu addımı klubun ona ödəməli olduğu pulu gecikdirməsi səbəbindən atdığını bildirib:
“Ödənişlərlə bağlı vəziyyət dəyişməyib, Artiqa FIFA-ya müraciət edib”.
Artiga 2024-cü ilin iyunundan 2025-ci ilin aprel ayına kimi “Ximki”yə rəhbərlik edib. İddiaya görə, komandanın futbolçuları və məşqçiləri 2025-ci ildə maaş almayıblar.
Qeyd edək ki, “Ximki”nin sahibi Azərbaycan əsilli iş adamı Tufan Sadıqovdur.