AZ

Əlcəzairdən Fransaya sərt cavab - səfirliyin ərazisi 14 hektardan 2-yə endirilir, icarə qiyməti qaldırılır...


Əlcəzair Fransanın bu ölkədəki səfirliyinin ərazisini 14 hektardan 2, səfirin iqamətgahının sahəsini isə 4 hektardan 1 hektara qədər azalda bilər. Fransanın diplomatik missiyasının iqamətgahlarının icarə qiymətinə də yenidən baxıla biləcəyi deyilir.

Əlcəzairin “əl-Xəbər” qəzeti yazır ki, bu addım Fransanın analoji hərəkətinə cavab ola bilər. Belə ki, Fransanın yerli hakimiyyət orqanlarının qərarı ilə Parisin Nöyi-sür-Sen bələdiyyəsinin ərazisində yerləşən Əlcəzair səfirinin iqamətgahına aid avtomobil dayanacağı ləğv edilib. İqamətgahın ümumi sahəsi 2 kvadratmetr olan giriş qapısı üçün isə 11 min 700 avro məbləğində illik vergi təyin olunub.

Qeyd edək ki, bir müddət əvvəl Əlcəzairin Fransadakı konsulluğunun əməkdaşı həbs olunub. Bundan sonra Əlcəzair 12 fransız diplomatı ölkədən qovub. Rəsmi Paris isə buna cavab olaraq, 12 əlcəzairli diplomatın ölkədən çıxarılması və səfirin məsləhətləşmələr üçün geri çağırması barədə qərar qəbul edib. Bununla da iki ölkə arasında münasibətlər yenidən gərginləşib.

ZÜMRÜD

Seçilən
0
baki-xeber.com

1Mənbələr