Bakı. Trend:
Almaniyanın şimalında - Şlezviq-Qolşteyn torpağının Nindorfqəsəbəsində yerləşən dəniz limanında partlayış baş verib.
Trend xəbər verirki, bu barədə xarici KİV-lər məlumat yayıb.
İlkin məlumata görə, hadisə qaz balonunun partlaması nəticəsindəbaş verib, nəticədə 10 nəfər yaralanıb. Hadisənin baş verdiyi ərazipolis tərəfindən əhatəyə alınıb, insanlar təxliyə edilib.
Partlayışla bağlı araşdırma başlanılıb.