AZ

Yağış yağacaq, şimşək çaxacaq

Bakı. Trend:

Azərbaycanın rayonlarında bir neçə gün davam edən mülayim havaşəraitindən sonra mayın 2-si axşam qərb rayonlarından başlayaraq6-dək hava şəraitinin fasilələrlə yağıntılı olacağı, şimşəkçaxacağı gözlənilir.

Trendxəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumatyayıb.

Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntının leysan xarakterliintensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qarakeçəcəyi ehtimalı var.

"Yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağçaylarından qısamüddətli daşqın və sel keçəcəyi istisna olunmur",-deyə əlavə edilib.

Seçilən
0
49
az.trend.az

10Mənbələr