AZ

"McDonald's" restoranlarına maraq azalır - Şirkət müştəri itirir

2025-ci ilin ilk rübündə "McDonald's" restoranlarında müştəri sayı gözlənilmədən azalıb. 

Valyuta.az xəbər verir ki, bir ildir fəaliyyət göstərən restoranlarda qlobal satışlar 1% enib. Analitiklər isə 2%-lik artım proqnozlaşdırırdılar.

Məlumata görə, xüsusilə ABŞ-də geriləmə kəskin olub – satışlar 3,6% azalıb ki, bu da pandemiya dövründən bəri ən aşağı göstəricidir. İstehlakçılar arasında iqtisadi qeyri-müəyyənliklə bağlı narahatlıq restoranlara tələbatı azaldıb. Qeyd edək ki, "Chipotle" kimi digər restoran şəbəkələri də oxşar geriləmələr açıqlayıb.

Məlumatda deyilir ki, "McDonald's" ABŞ-də daha sərfəli menyular təqdim etməklə bu vəziyyətdən çıxmağa çalışır. Müştərilər bir tam qiymətli məhsul alanda əlavə bir məhsulu 1 dollara əldə edə bilirlər. Bundan əlavə, şirkət ötən ildən bəri davam edən "5 dollarlıq menyu" təklifini bu yay da uzadacaq.

Şirkətin ümumi gəliri 3% azalaraq 5,95 milyard dollara düşüb. Bu, 6,09 milyard dollarlıq gözlənti ilə müqayisədə aşağıdır. Xalis gəlir də 3% azalaraq 1,86 milyard dollar olub. Yenidənqurma və digər bir dəfəlik xərclər çıxıldıqda, hər səhmə düşən qazanc 2,67 dollar təşkil edib ki, bu da gözləntiləri cüzi üstələyib.

Sərvanə Rəmixanova

Seçilən
0
2
valyuta.az

3Mənbələr