Bu ildən bəzi təhsil müəssisələrində I sinifə qəbul üzrə müsabiqə mərhələsi ləğv olunub.
Bu barədə “Xəzər Xəbər”ə MÜTDA -nin Ümumi təhsilin təşkili şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli məlumat verib. O bildirib ki, “Ankara məktəbi” məktəb-liseyi, 160 nömrəli Klassik gimnaziya, İ.Hacıyev adına “Tərəqqi” texniki-humanitar liseyi üzrə müsabiqə mərhələsi ləğv edilib. Bu məktəblərə qəbul yalnız prioritet əsasında və sərbəst qaydada aparılacaq.
Daha ətraflı videomaterial “Xəzər Xəbər”in 21:00 buraxılışında təqdim olunacaq.