Ajans.az xəbər verir ki, Sənətçi qız övladlarının hər zaman valideynlərinə daha bağlı olduğunu deyib: “Qızımı öpürəm, bağrıma basıram. Qız övladı başqadır. Barmağım əzilib, bəlkə 10 dəfə zəng edib ki, papa, sarığını dəyişdin? Ağrın yoxdur ki? Amma oğlanlarımın biri də zəng etməyib. Heç biri maraqlanmır. O gün balaca oğlumla soruşur ki, papa barmağına nə olub?Hələ xəbəri yox idi, çünki bir yerdə yaşamırıq”. Manaf Ağayev sonda bütün qız övladlarına xoşbəxtlik arzulayıb: “Allah bütün qızların bəxtini versin. Ataya, anaya qalan qız övladıdır”.