AZ

Britaniya Azərbaycana 6,6 milyard dollar kredit ayırdı

Böyük Britaniya Azərbaycana yaşıl enerji layihələri üçün 6,6 milyard dollar kredit ayırıb.

Londonda Azərbaycan və Böyük Britaniya arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 7-ci iclası keçirilib. Tədbir çərçivəsində Böyük Britaniyanın İxrac Kredit Agentliyi (UKEF) ilə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO) arasında enerji keçidi, nəqliyyat və infrastruktur sahəsində prioritet layihələr üçün Azərbaycana 6,6 milyard ABŞ dolları məbləğində kreditin ayrılmasını nəzərdə tutan Anlaşma Memorandumu imzalanıb.

Görüşdə həmçinin bərpa olunan enerji, şəbəkənin inkişafı, enerji səmərəliliyi, emissiyaların azaldılması və liberal elektrik enerjisi bazarına keçid, o cümlədən dəniz, külək, günəş və hidrogen infrastrukturunun inkişafı kimi sahələrdə əməkdaşlıq müzakirə edilib. İclasda komissiyanın həmsədrləri Böyük Britaniyanın xidmət, kiçik biznes və ixrac naziri Qared Tomas və Azərbaycanın energetika naziri Pərviz Şahbazov çıxış ediblər.

Sonuncu vurğulayıb ki, Britaniya 37 milyard dollardan çox sərmayə ilə Azərbaycanda ən böyük xarici investor statusunu qoruyub saxlayır. Ölkəmizdə müxtəlif sahələrdə fəaliyyət göstərən 500-dən çox Britaniya şirkəti fəaliyyət göstərir.

Sonda Hökumətlərarası Birgə Komissiyanın 7-ci iclasının yekunları üzrə protokol imzalanıb. Komissiyanın 8-ci iclasının 2026-cı ildə Bakıda keçirilməsi qərara alınıb.

Seçilən
0
veteninfo.az

1Mənbələr