Yeni Zelandiyada güclü külək və aramsız yağıntılar səbəbindən fövqəladə vəziyyət elan edilib
Yeni Zelandiyanın bəzi bölgələrində, o cümlədən ölkənin ikinci böyük şəhəri Kraystçörçdə güclü külək səbəbindən fövqəladə vəziyyət elan edilib.
Operativ Media bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Paytaxt Vellinqtonda sürəti saatda 120 kilometrə çatan küləklər və aramsız yağıntılar səbəbilə bəzi bölgələrdə daşqın yaşanıb və məktəblər bağlanıb.