Bakı. Trend:
Sərfəli təklifləri və regionlara diqqəti ilə seçilən “Nar” Gəncəşəhərində yerləşən Azərbaycan Texnologiya Universitetinin (ATU)tələbələri üçün təlimlər təşkil edib. Bu təşəbbüs tələbələrinpeşəkar bacarıqlarını inkişaf etdirmək və onların iş bazarınahazırlığını artırmaq məqsədini daşıyır.
Təlimlərdə mobil rabitənin əsasları ilə bərabər əmək bazarındatəcrübə qazanmaq, eləcə də, uğurlu karyera hədəflərinin seçilməsiistiqamətində faydalı biliklər təqdim edildi.
Bundan başqa, universitetin nəzdindəki Nar Laboratoriyasınınavadanlıqlarının təqdimatı və işləmə prinsipləri ilə tanışlıqməqsədilə, universitetin müəllim heyətinə xüsusi təlim keçirildi.Bu təlim sayəsində tələbələr mobil rabitə şəbəkəsini təhsilaldıqları müddətdə öz müəllimlərindən öyrənə biləcək vətəhsillərini təcrübəli kadr kimi başa vuracaqlar.
Təlimlər “Nar”ın Korporativ Sosial Məsuliyyət strategiyasınıntəhsil istiqaməti üzrə və Azərbaycan Texnologiya Universiteti iləəməkdaşlıq çərçivəsində həyata keçirilir. “Nar”ın məqsədiuniversitetin tələbələrini əsl peşəkar kimi yetişdirərəkAzərbaycanın əmək bazarı üçün mütəxəssis hazırlamaq və ölkəninmobil rabitə sahəsinin inkişafına töhfə verməkdir.
“Nar”ın həyata keçirdiyi təhsilyönümlü sosial layihələr haqqındaətraflı məlumatı operatorun rəsmi saytından (nar.az) əldə edə bilərsiniz.
“Nar” hal-hazırda 2,2 milyon abunəçiyə yüksəkkeyfiyyətli rabitə xidmətləri göstərməkdədir. “Nar” son 6 ildəMüştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur.Mobil operator müştəriyönümlülük strategiyasına sadiq qalaraqsərfəli qiymət qarşılığında üstün xidmət təqdim edir.