Cənubi Koreyada Yoon Suk Yeolun vəzifəsindən kənarlaşdırılmasından sonra müvəqqəti baş nazir vəzifəsini icra edən Han Duk-su istefa verib.
Publika.az xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.
"Bu çətin dövrdə daşıdığım məsuliyyətin ağırlığını, belə bir qərarın həqiqətən doğru və qaçılmaz olub-olmadığını nəzərə aldıqdan sonra qərara gəldim ki, əgər yeganə yol budursa, bunu etməliyəm", - deyə Han Duk-su söyləyib.
Onun prezident seçkilərində iştirak edə bilməsi üçün istefa qərarı verdiyi düşünülür.