AZ

Zelenski Arestoviçə qarşı sanksiyalar TƏTBİQ ETDİ

Zelenski Aretoviçə qarşı sanksiyalar tətbiq edib.

İnterpress.az xəbər verir ki,

Ukrayna prezidenti Vladimir Zelenski öz ofisinin rəhbərinin keçmiş müşaviri Aleksey Arestoviçə qarşı sanksiyalar tətbiq edib. Fərman prezidentin saytında dərc olunub.

Keçən payızda Ukrayna prezidentinin “Joker” adlı tərcümeyi-halını dərc edən politoloq Konstantin Bondarenkoya da məhdudiyyətlər qoyulub.

2023-cü il yanvarın 14-də Dneprdə çoxmərtəbəli binanın girişinin çökməsinə Ukrayna qüvvələri tərəfindən vurulan raket səbəb olduğunu iddia edən Aretoviç 2023-cü ilin yanvarında istefa verib. Daha sonra üzr istəyib və sözlərini səhv adlandırıb.

Kreml iddia edib ki, binanın bir hissəsinin uçması Ukrayna hava hücumundan müdafiə sistemlərinin işinin nəticəsidir.

Xuraman Etibarlı

İnterpress.az

 

Seçilən
0
interpress.az

1Mənbələr