AZ

Suriyanın sabitliyi üçün milli birlik əsas şərtdir - Şeybani

BAKI, TurkicWorld

“Suriyaya qarşı tətbiq olunan sanksiyaların tamamilə ləğv olunmasını tələb edirik. ”

TurkicWorld xəbər verir ki, Suriyanın xarici işlər naziri Əsəd Şeybani cümə axşamı Vaşinqtonda çıxışı zamanı məzhəbçilik, fitnə və ayrılma çağırışlarının ölkənin sosial strukturu üçün təhlükə yaratdığını bildirib.

Nazir qeyd edib ki, milli birlik bu kritik mərhələdə sabitliyin və inkişafın əsas dayağıdır. O, ABŞ paytaxtında Suriyanın gələcəyi ilə bağlı “konstruktiv” danışıqlar apardığını və bu çərçivədə ölkəsinə qarşı tətbiq edilən sanksiyaların tam ləğv olunmasını tələb etdiyini açıqlayıb.

Əsəd Şeybani, xarici müdaxilə çağırışlarının istənilən bəhanə və ya şüar altında qəbul edilməsinin ölkə üçün daha dərin tənəzzül və parçalanmaya gətirib çıxaracağını vurğulayıb. “Regionun və dünyanın yaşadığı təcrübələr göstərir ki, belə müdaxilələrin nəticələri onillərlə davam edən dağılma və zəifliklə müşayiət olunur.” - deyə o bildirib.

Nazir əlavə edib ki, sabitliyə aparan yeganə yol daxili dialoqdan keçir və suriyalıların gələcəyinə yalnız özlərinin qərar verməsi əsas prinsip olmalıdır.

Seçilən
0
turkic.world

1Mənbələr