BAKI, 1 may. TELEQRAF
Bu saata qədər 10 mindən artıq valideyn şəxsi kabinet yaradıb.
Teleqraf xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin baş məsləhətçisi Fəridə Bilişzadə birinci sinfə elektron qeydiyyatla bağlı danışarkən deyib.
O bildirib ki, mayın 1-dən 6-na qədər valideynlərin qeydiyyatı aparılacaq: “Şagirdlərin qəbulu elektron qaydada aparılır. Əsas mərhələ isə 6 maydan sonra başlayır. O tarixdən etibarən məktəb və müəllim seçimi həyata keçiriləcək. Qəbul 12 sentyabra qədər davam edəcək. Qeydiyyatdan keçməkdə çətinlik çəkən valideynlər yaradılan 33 alternativ qeydiyyat mərkəzlərinə müraciət edə bilərlər. Elektron sistemdə qeydiyyat valideyn, qanuni nümayəndə tərəfindən aparılır",- F. Bilişzadə qeyd edib.