AZ

İtaliya deputatları Xankəndiyə səfər edib - FOTO

Azərbaycanda səfərdə olan İtaliyadan olan deputatlar, Azərbaycanla dostluq qrupunun üzvləri mayın 1-də Xankəndiyə səfər ediblər.

Qonaqları Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi qarşılayıb. Səfər şərçivəsində qonaqlar “Zəfər” meydanında olub, burada görülən işlərlə tanış olublar. Onlar Xankəndidə Qarabağ Unversitetini də ziyarət ediblər.

Qeyd edək ki, qonaqları Milli Məclisin deputatı, Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri Azər Kərimli və digər rəsmi şəxslər müşayiət ediblər.

APA



Seçilən
0
12
herbiand.az

10Mənbələr