Türkiyənin “Qalatasaray” klubu qış transfer pəncərəsində böyük ümidlərlə transfer etdiyi Karlos Kuesta satmaq niyyətindədir. Kolumbiyalı müdafiəçi yanvarda İstanbul nəhəngi ilə 3.5 illik müqavilə imzalamışdı.
Yenisabah.az xəbər verir ki, “Qalatasaray” Kuestanı 8 milyon avro müqabilində “Genk”dən transfer etmişdi. 26 yaşlı mərkəz müdafiəçisi ilə bağlı bir neçə klubun maraqlandığını qeyd olunur.
Kuesta yanvardan bəri cəmi 7 matçda meydana çıxa bilib.
Telegram kanalımız