Bu gün Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Şimali Makedoniya Respublikasının xarici işlər və xarici ticarət nazirinin müavini Zoran Dimitrovskinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
XİN-dən Mia.az-a verilən xəbərə görə, görüşdə Azərbaycan və Şimali Makedoniya arasında mövcud ikitərəfli və çoxtərəfli gündəlikdə duran münasibətlər, habelə regional və qlobal inkişaflar müzakirə olunub.