Mingəçevir, 1 may, AZƏRTAC
“İlk dəfədir gənclərdən ibarət komanda ilə Azərbaycana gəlmişəm. Mən həm də Litva Avarçəkmə və Kanoe Federasiyasının rəhbər şəxslərindənəm. Buradakı yarışın hansı səviyyədə olduğuna baxmaq istəyirdim. Təşkilatçılığı çox bəyəndim, hər şey yaxşı düşünülüb".
AZƏRTAC xəbər verir ki, bu sözləri Litva millisinin baş məşqçisi Rimas Sukaçkas Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilmiş avarçəkmə üzrə "Prezident Kuboku-2025" beynəlxalq reqatasında jurnalistlərə açıqlamasında deyib.
O, Azərbaycanda bu idman növünə çox yüksək olduğunu bildirib: "Ümid edirəm ki, növbəti illərdə daha böyük inkişaf görəcəyik. Azərbaycan yığmasının məşqçiləri ilə danışmışam. Onlardan ikisini xüsusilə fərqləndirmək istərdim. Həmin mütəxəssislər peşəkardırlar".
Çalışdırıcının sözlərinə görə, turnirdə iştirak etməkdə əsas məqsədləri idmançıların potensialını müəyyənləşdirməkdir.
Qeyd edək ki, reqataya mayın 2-də yekun vurulacaq.