AZ

Türkiyədə AİLƏ FACİƏSİ: Ata öldürüldü, ana isə yaralandı

Şanlıurfanın Halfeti rayonunda ailə faciəsi yaşanıb. 43 yaşlı Nurəddin D. hələlik məlum olmayan səbəbdən atasını bıçaqlayaraq qətlə yetirib, anasını isə ağır yaralayıb.

“Busaat.az” Ensonhaber-ə istinadən xəbər verir ki, hadisə barədə məlumat daxil olduqdan sonra əraziyə jandarma və təcili tibbi yardım qrupları cəlb olunub. Araşdırmalar nəticəsində 65 yaşlı ata Cuma D.-nin hadisə yerində həyatını itirdiyi müəyyən olunub. Yaralanan ana Reyhan D. isə dərhal xəstəxanaya çatdırılıb.

Şübhəli şəxs Nurəddin D. jandarma əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı istintaq aparılır.

Nərmin Səmidova

Busaat.az

 

Seçilən
0
busaat.az

1Mənbələr