Son zamanlarda yeniyetmələrin evdən qaçmaları və ailədən xəbərsiz uzunmüddət naməlu yerlərdə gizlənmələri ilə bağlı xəbərlərə rast gəlirik. Bunun əsas səbəbləri nələrdir? Bu kimi halların qarşısını almaq üçün nə etməyilik?
Mövzu ilə bağlı psixoloq Aytən Ələkbərova Referans-a açıqlamasında bildirib ki, son dövrlər bəli, istər yeniyetmələr, istər gənclər arasında evdən qaçma hallarına biz tez-tez rast gəlirik valideynlərin müraciətlərinə əsasən. O uşaqları da taparkən, söhbət edərkən "evdə bizi bezdiriblər" ən çox işlənən cümlədir "oxu sözündən başqa heçnə eşitmişirik ", "yemək yeməyimizi belə burnumuzdan gətirirlər". Məsələn dünən qəbul etdiyim bir qız hönkür-hönkür ağlayırdı ki, "mən guya ki qaçıb hara gedəsiyəm, sadəcə olaraq blokun aşağısında oturub gizləndim ki, qoy biraz narahat olsunlar. Görüm məni izləyirlərmi" deyə müsahibimiz əlavə edib. Yemək yeyərkən belə mənim valideynim mənim yemək yeməyimi belə burnumdan gətirirsə demək ki məni istəmir.
Psixoloq onu da diqqətə çatdırıb ki, natamam ailələrdə bu səbəbləri görə bilirik. Belə ailələrdə baş verəcək söz-söhbət nəticəsində uşağın bezərək getməsinə şahid oluruq. Müxtəlif səbəblərdir. Bir çox kriteriyalar var ki, belə vəziyyətdə bu uşaqların bu cür addımlar atmasına gətirib çıxarır. Burada psixoloji sindromlar var və bu sindromlardan əziyyət çəkənlər də belə hərəkətlər edirlər. Borderline sindromunda, bipolar pozuntularda, manyakal-psixoz durumlarında artıq özlərinə yer tapa bilmədiyindən insanlar hətta yaz depressiyasında belə bu cür durumlardan istifadə edirlər.
"Sosial şəbəkələri misal gətirmək istəyərəm. Sosial şəbəkələrdə müxtəlif qruplarda müxtəlif insanlarla tanış olurlar. Tanımadıqları insanlarla müxtəlif görüşləri təşkil etdikdən sonra aralarında baş verəcək dərin intim münasibət olmasa belə bəzən görürük ki bu durumdan artıq mən nə etdim düşüncəsini anlayaraq, geriyə yol yoxdur deyə düşünüb evdən qaçırlar. Bu kimi səbəblər evdən qaçmalara gətirib çıxarır. Yəni təkcə biz bir səbəbdən danışmadıq. Bir neçə səbəblər var ", - deyə psixoloq qeyd edib.
Şahverdiyeva Elena
Referans