Xankəndi. Trend:
Azərbaycanda səfərdə olan İtaliya parlamentinin Azərbaycanladostluq qrupunun üzvləri, mayın 1-də Xankəndinə səfər ediblər.
Trend-in Qarabağ bürosu xəbərverir ki, qonaqları Xankəndi şəhərində, Ağdərə və Xocalırayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusinümayəndəsi qarşılayıb. Xankəndi şəhərində, Ağdərə və Xocalırayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətləəlaqələr şöbəsindən verilən xəbərə görə, səfər şərçivəsindəparlamentarilər “Zəfər” meydanında olub, burda görülən işlərlətanış olublar.
Onlar Xankəndidə “Qarabağ” Unversitetini də ziyarət ediblər.Qeyd edək ki, qonaqları Milli Məclisin deputatı, Azərbaycan-İtaliyaparlamentlərarası əlaqələr üzrə işçi qrupun rəhbəri Azər Kərimli vədigər rəsmi şəxslər müşayiət ediblər.