AZ

“Volvo”nunyeni rəhbərinin strategiyası- FOTO

İsveçin “Volvo” şirkətinin ötən ay təyin olunmuş yeni Baş direktoru Hakan Samuelson planlarını açıqlayıb.

Avtosfer.az xəbər verir ki, yeni rəhbər şirkətin gəlirlərinin azalması (12 faiz) ilə  mübarizə aparmağı və xərcləri tənzimləməyi düşünür. Şirkətin son 1 ildə xalis mənfəətinin azalması və işçi qüvvəsinin bahalığı Samuelsonu ən çox narahat edən   məsələlər arasındadır. Yeni rəhbər yaxın illərdə 18 milyard kuron (1,7 milyard dollar) vəsaitə qənaət etməyi planlaşdırır.

Bu məqsədlə ixtisarlar və istehsalın regional lokallaşması nəzərdə tutulur. Çinin “Geely” qrupunun bir hissəsi olan “Volvo”nun rəhbərliyi həm də Çin modelləri ilə eyni detallardan istifadə etməyi planlaşdırır.  

İsveçli iqtisadçılar bu açıqlamadan narahatlıq duyurlar. Onların fikrincə, “Volvo” həm də çinlidən daha çox isveçli olduğunu sübut etməlidir”. Əks halda nüfuz azala bilər.

Vüqar

Seçilən
0
avtosfer.az

1Mənbələr