AZ

Maşını şagirdlərin üzərinə sürən sürücü etiraf etdi: Öldürmək istəyirdim

Yaponiyanın Osaka şəhərində avtomobili ilə bir qrup məktəblinin üstünə çıxan sürücü öldürmək məqsədi ilə bu hərəkəti etdiyini etiraf edib.

Publika.az xəbər verir ki, bu barədə "Kyodo" agentliyi məlumat yayıb.

Bildirilir ki, 28 yaşlı gənc artıq həbs edilib. O, günahını etiraf edib: "Hər şeydən bezmişdim. Onları əzib öldürməyə çalışdım".

Qeyd edək ki, mayın 1-də ibtidai sinif şagirdləri evə qayıdarkən sürücü avtomobili ilə onları əzib. Nəticədə 7 uşaq müxtəlif dərəcəli bədən xəsarətləri alıb, lakin onların həyatı üçün təhlükə yoxdur.

Seçilən
0
publika.az

1Mənbələr