Daha altı məktəbdə I sinfə qəbul üzrə müsabiqə mərhələsi ləğv edilə bilər.
Bu barədə Avtosfer.az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən (MÜTDA) məlumat verilib.
Bildirilib ki, İ.Əfəndiyev adına Elitar gimnaziya, Bakı Slavyan Universiteti nəzdində məktəb-lisey kompleksi, T.Həsənov adına 23 nömrəli tam orta məktəb, 132-134 nömrəli Təhsil Kompleksi, T.İsmayılov adına 6 nömrəli məktəb-lisey, "Zəngi" liseyində I sinfə qəbul üzrə müsabiqənin keçirilib-keçirilməməsi müraciət sayına əsasən qərarlaşdırılacaq.
***
Artıq 4000-dən çox istifadəçi şəxsi kabinet yaradaraq qeydiyyatdan uğurla keçib.
Bu barədə Avtosfer.az-a MÜTDA-dan məlumat verilib.
Əlavə olaraq prsoeslə bağlı bir sıra tarixlər açıqlanıb:
Tədris digər dillərdə aparılan bölmələr üzrə müsahibə və seçim:
6-20 may - digər dillərdə tədris olunan bölmələr üzrə I sinfə qəbul üçün müsahibələrə yazılma mərhələsi.
12-31 may - müsahibələrin keçirilməsi.
17 iyun - 12 sentyabr - müsahibədən uğurla keçən uşaqlar üçün məktəb və müəllim seçimi
Prioritetli məktəblərə qəbul (Bakı, Sumqayıt, Gəncə, Abşeron):
Azərbaycan bölməsi üzrə:
6 may, saat 11:00 - 5 iyun
Digər dillərdə tədris üzrə:
17 iyun, saat 11:00 - 17 iyul
Bu tarixlərdə prioritetli məktəblərə müraciətlər prioritet əsaslı qəbul olunacaq. Sonradan isə həmin məktəblərə qəbul sərbəst şəkildə həyata keçiriləcək.
Prioritet tətbiq olunan məktəblərin siyahısı müvafiq yerli təhsil idarələri və mektebeqebul.edu.az portalı vasitəsilə açıqlanacaq.
Qəbul prosesi 12 sentyabr 2025-ci il tarixində başa çatacaq.
Eyni zamanda bəzi təhsil müəssisələrində I sinfə qəbul üzrə müsabiqə mərhələsi ləğv olunub.
"Ankara məktəbi" məktəb-liseyi, 160 nömrəli Klassik gimnaziya, İ.Hacıyev adına "Tərəqqi" texniki-humanitar liseyi üzrə müsabiqə mərhələsi ləğv edilib.
Bu məktəblərə qəbul yalnız prioritet əsasında və sərbəst qaydada aparılacaq.
***
Mektebeqebul.edu.az portalında yaranan problem aradan qalxıb.
Avtosfer.az xəbər verir ki, uşaqların 1-ci sinfə elektron qəbulu prosesi ilə bağlı artıq prosedurlar aparmaq mümkündür.
***
"Hazırda sistemə eyni anda çoxsaylı müraciət daxil olduğu üçün portala girişdə qısamüddətli yüklənmə müşahidə olunur".
Bu məlumat oxu.az-a Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən verilib.
"Bu gün saat 11:00-dan etibarən uşaqların 1-ci sinfə elektron qəbulu prosesinə start verilib.
Texniki heyət tərəfindən sistemin sabit və fasiləsiz fəaliyyətinin təmin olunması məqsədilə zəruri tədbirlər görülür.
Diqqətinizə çatdırırıq ki, bu gün sadəcə valideynlərin elektron sistemdə qeydiyyatı prosesi aparılır. Məktəb və müəllim seçiminə 6 may tarixindən etibarən start veriləcək.
Hazırda mektebeqebul.edu.az portal vasitəsilə 1000-dən çox istifadəçi şəxsi kabinet yaradaraq qeydiyyatdan uğurla keçib.
Bununla yanaşı, qeyd edək ki, 2025-2026-cı tədris ili üzrə uşaqların birinci sinfə qəbulu prosesində tətbiq edilən daha bir yeniliyə əsasən, ilk dəfə şəxsi kabinetə giriş Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən təmin edilən Vahid Giriş Sistemi ("Digital Login") ilə həyata keçirilir.
Bildiririk ki, bu gün 16:00-da "Təhsil TV"nin rəsmi feysbuk səhifəsində 1-ci sinfə elektron qəbul prosesi ilə bağlı canlı yayım təşkil ediləcək. Yayım zamanı qəbul prosesi ilə bağlı ətraflı məlumat veriləcək və yaranan suallar cavablandırılacaq", - deyə məlumatda bildirilir.
***
2025-2026-cı dərs ilində ümumi təhsil müəssisələrinin birinci siniflərinə elektron qeydiyyat prosesində valideynlərə kömək məqsədilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki məktəblərdə 30 alternativ qeydiyyat mərkəzi fəaliyyətə başlayıb.
Bu barədə Avtosfer.az-a BŞTİ-dən bildirilib.
Eyni zamanda birinci siniflərə qeydiyyat prosesi ilə bağlı vətəndaşlar 5, 6 və 7 saylı "ASAN xidmət" mərkəzlərinin təhsil xidmətləri bölmələrinə müraciət edə bilərlər.
www.mektebeqebul.edu.az sistemi vasitəsilə özü elektron qeydiyyatdan keçə bilməyən və ya internet resurslarına çıxış imkanı olmayan vətəndaşlara aidiyyəti ərazi üzrə fəaliyyət göstərən ən yaxın alternativ qeydiyyat mərkəzinə müraciət etmək tövsiyə olunur.
Təhsil müəssisələrindəki alternativ qeydiyyat mərkəzləri Binəqədi rayonu üzrə 83, 217, 297, Nəsimi rayonu üzrə 19, Nizami rayonu üzrə 145, 10, Nərimanov rayonu üzrə 45, Suraxanı rayonu üzrə 279, 280, 114, Qaradağ rayonu üzrə 321, 273, 288, 110, 320, 180, Sabunçu rayonu üzrə 74, 130, 108, 170, Səbail rayonu üzrə 163, Yasamal rayonu üzrə 18, 336, Xəzər rayonu üzrə 88, 156, 234, Xətai rayonu üzrə 257, 165, 261, Pirallahı rayonu üzrə isə 168 nömrəli tam orta məktəbdə fəaliyyət göstərir.
Vətəndaşlar alternativ qeydiyyat mərkəzlərinə həftənin I-V günləri saat 10:00-dan 17:00-a qədər müraciət edə bilərlər. Valideyn alternativ qeydiyyat mərkəzinə müraciət edərkən övladını özü ilə aparmasına ehtiyac yoxdur.
Həmçinin valideynlər (və ya qanuni nümayəndələr) digər bütün hallarla bağlı şəxsi kabinetlərindəki "Əlaqə" bölməsi və "WhatsApp" vasitəsilə (070-996-76-63, 070-996-36-62, 070-996-46-68) də müraciət ünvanlaya bilərlər.
Qeyd edək ki, 2025-2026-cı tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə elektron qeydiyyat prosesi sentyabrın 12-nə qədər davam edəcək.
***
2025-26-cı tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbulu başlayıb.
Avtosfer.az xəbər verir ki, qəbul prosesi www.mektebeqebul.edu.az portalı vasitəsilə elektron qaydada həyata keçirilir.
Ancaq hazırda portala girişdə problem yaranıb.
***
Bu gündən 2025-2026-cı tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna start verilir.
Avtosfer.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.
Bildirilib ki, qəbul prosesi www.mektebeqebul.edu.az portalı vasitəsilə aparılır.
Uşaqların birinci sinfə elektron qəbulu ölkənin bütün şəhər və rayonlarının ümumi təhsil müəssisələrini əhatə edir.
Qeyd eək ki, bu il Azərbaycan bölməsi üzrə 85 minə yaxın uşaq məktəbəhazırlıq qrupundan avtomatik olaraq I sinfə keçiriləcək.