AZ

Şərurda 41 yaşlı kişi qonşu qadına əxlaqsızlıq təklif etdi, Türkiyəyə qaçdı – TƏFƏRRÜAT

Naxçıvanda qonşu qadına əxlaqsız hərəkətlər təklif edən iki uşaq atası, 41 yaşlı kişi həbs olunub.

Teleqraf-ın əldə etdiyi xəbərə görə, hadisə Şərur rayonunun kəndlərindən birində baş verib.

1984-cü il təvəllüdlü kənd sakini Əhməd Məmmədov (ad-soyad şərti verilib – red.) həmkəndlisi Günelə zəng edib və ona qarşı nalayiq ifadələr işlədib. O, qadına görüşməyi təklif edib, xuliqanlıq hərəkətlərinə yol verib.

Qadının hüquq-mühafizə orqanlarına şikayətindən sonra Əhməd saxlanılıb. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə ittiham verilib.

İş üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Əhməd inzibati xəta ilə bağlı törətdiyi əməli etiraf edib və özünü təqsirli bilib.

Əhmədin sözlərinə görə, bu ilin fevral ayında spirtli içki qəbul etdikdən sonra qonşusu Günelə zəng edib: “Günel telefonu açdı, ona Əhməd olduğumu dedim. Niyə zəng etdiyimi soruşdu. Mən də ondan xoşum gəldiyini dedim. Günel hirslənərək bir də ona zəng etsəm, polisə şikayət edəcəyini söylədi. Həmin günün səhəri polis əməkdaşları məni Şərur Rayon Polis İdarəsinə dəvət etdilər. Mən də qorxaraq Türkiyə Respublikasına getdim”.

Əhməd qeyd edib ki, bu günlərdə Şərur rayonuna qayıdıb və onu yenidən polis idarəsinə dəvət ediblər. Daha sonra barəsində inzibati xəta haqqında protokol tərtib edilib.

O, əməlindən peşman olduğunu, həmin xanımdan üzr istədiyini qeyd edib.

İş üzrə izahat verən Günelin sözlərinə görə, təxminən fevral ayının sonlarında ona tanımadığı bir nömrədən zəng gəlib: “Telefonu açanda zəng edənin qonşumuz Əhməd olduğunu bildim. Ondan mənə nə üçün zəng etdiyini soruşdum, məndən xoşu gəldiyini bildirdi. Əhmədin içkili olduğunu hiss etdim. Ona bir də zəng etsə, onu polisə verəcəyimi dedim. Bu zaman ünvanıma nalayiq ifadələr işlətməyə başladı. Mən də bu barədə polis idarəsinə məlumat verdim. Əhməd Türkiyə Respublikasına qaçdı. Onun gəldiyini eşidəndə polis idarəsinə müraciət etdim”.

Şərur Rayon Məhkəməsinin qərarı ilə Əhməd 8 gün müddətinə inzibati qaydada həbs edilib.

Seçilən
0
1
teleqraf.com

2Mənbələr