Bakı, 1 may, AZƏRTAC
“YAŞAT” Fondunun dəstəyi ilə Vətən müharibəsi iştirakçısı Elvin Cəfərlinin üzərində növbəti uğurlu əməliyyat gerçəkləşdirilib.
Bu barədə AZƏRTAC -a Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Qeyd edək ki, Elvin Cəfərli Vətən müharibəsinə 2020-ci ilin sentyabrın 29-da qatılıb və Füzuli, Cəbrayıl, Hadrut istiqamətində gedən döyüşlərdə iştirak edib. O, Hadrut uğrunda gedən döyüşlərdə yaralanıb.