AZ

Konqres Trampın Ukraynayla sazişini “qəsbkarlıq” adlandırdı


Qreqori Miks Donald Trampın ABŞ və Ukrayna arasında imzaladığı iqtisadi sazişi “qəsb” adlandırıb və bildirib ki, sülhə əsl maneə Rusiya prezidenti Vladimir Putindir. Bəyanat ABŞ Konqresinin Nümayəndələr Palatasının rəsmi saytında dərc olunub. Qreqori Miks Ukrayna prezidenti Vladimir Zelenskinin danışıqlara hazır olduğunu və davamlı sülh istəyini dəfələrlə nümayiş etdirdiyini vurğulayıb. Konqresmen hesab edir ki, indi Trampın Moskvaya təzyiq göstərməsi vaxtıdır. “Təəssüf ki, Donald Tramp indiyədək Putinə qarşı ancaq zəiflik nümayiş etdirib və hər addımda Putinə təslim olub, əvəzində heç nə ala bilməyib”-deyəMiks əlavə edib.

Surxay Əliyev

Seçilən
0
baki-xeber.com

1Mənbələr