ABŞ Moskvada keçiriləcək Qələbə Paradında yüksək səviyyədə təmsil oluna bilər.
Editor.az bildirir ki, bu barədə “Zvezda” telekanalı diplomatik dairələrdəki mənbəyə istinadən xəbər verir. Telekanal söhbətin ABŞ dövlət katibi Marko Rubionun tədbirdə iştirakından getdiyini istisna etmir. Amerika Ağ Evi hələlik bu məlumatı şərh etməyib.
Kreml paradda 20-dən çox dövlət və hökumət başçısının iştirak edəcəyini bildirib. Prezidentin mətbuat katibi Dmitri Peskov ABŞ prezidenti Donald Trampın mayın 9-da Moskvaya gəlməsi ilə bağlı söhbətin olmadığını açıqlayıb. Avropa diplomatiyasının rəhbəri Kaja Kallas Avropa İttifaqına (Aİ) namizəd ölkələrin tədbirdə iştirak etməməsini tələb edib.
//Samir Qurbanov, Editor.az