
Rahatlamaq və daxili harmoniya əldə etmək üçün qadınlar ətirlərdən istifadə edə bilərlər — bunu “Radio 1”ə aromaterapevt və aromapsixoloq Nataliya Qrişina bildirib. O, qadınlara gül əsaslı ətirlər — qızılgül, lavanda və yasəmən seçməyi tövsiyə edib."Bütün gül ətirləri qadını rahatlaşdırır, harmoniya bəxş edir. Onlar romantik anlar üçün idealdır. Əgər qızılgül, yasəmən və lavanda seçilsə, düz hədəfə vurmaq mümkündür," – deyə ekspert izah edib.Qrişina vurğulayıb ki, ətirlər insanın psixofiziki vəziyyətinə təsir edir. O, həmçinin qeyd edib ki, sitrus meyvələrinin ətirləri (portağal, naringi, limon, qreyfrut) insana canlanma və enerji verir. Aromaterapevt ətirlərin bərabər yayılması üçün diffuzorlardan istifadə etməyi tövsiyə edib.✍️"Ulusum".az
Diqqət Çəkənlər
DİN: Salyanda narkotik tərkibli bitkilər yetişdirən şəxslər saxlanılıb
DİN: KRİMİNAL XRONİKA
Meksikada dəhşətli faciə: 20 yaşlı turistin cəsədindən yalnız başı qaldı