“Atam Oqtay Gülalıyevin səhhətində hələ ki kəskin dəyişiklik yoxdur. Hazırda reabilitasiyaya və beyin qidalandırıcı dərmanlara ehtiyac var”
Bu sözləri Pravda.az-a açıqlamasında hüquq müdafiəçisi Oqtay Gülalıyevin oğlu Təbriz Gülalıyev deyib.
O bildirib ki, reabilitasiya və dərmanlarla bağlı müraciət etsələr də, xeyli müddətdir, cavab ala bilməyiblər: “Sonuncu dəfə gecə növbəsi üçün tibb bacısı təşkil olunması ilə bağlı müraciət etmişdik. TƏBİB və Səhiyyə Nazirliyi bunun mümkün olmadığını, tibb müəssisələrində bizim müraciətimizə uyğun şəraitin də olmadığını bildirdi”.
Aytəkin Qardaşova
Tarix: 1 May 2025, 14:59