AZ

Vladimir Putin Donald Trampla “oynamaq”da böyük səhv edir – “Blomberg”

ABŞ-ın Rusiyaya və Rusiya neftini alan ölkələrə qarşı yeni sanksiyaları haqqında qanun layihəsi 72 senator tərəfindən dəstəklənib.

Editor.az xəbər verir ki, bu barədə “Bloomberg” yazır. Nəşrin nəzərdən keçirdiyi sənədə əsasən, sanksiyalar Rusiya nefti, neft məhsulları, təbii qaz və uran alan ölkələrdən idxala 500% rüsum nəzərdə tutur. Sanksiyalar həmçinin ABŞ vətəndaşlarına Rusiyanın suveren borcunu almağı qadağan edəcək. Ukrayna ilə mineral sövdələşmə əldə etdikdən sonra, yeni qanun layihəsinin prezident Donald Trampa kömək məqsədi daşıdığı bildirilir.

“O, məyusluğundan danışır. Mən müharibənin danışıqlar yolu ilə, şərəfli və ədalətli bir şəkildə bitməsini istəyirəm. Düşünürəm ki, Tramp buna nail olmaq üçün ən yaxşı insandır, lakin bu sanksiyalar Senatın Rusiyanı əsas günahkar kimi görməsi fikrini əks etdirir”, – respublikaçı senator Qrem bildirib. Qrem əlavə edib ki, Vladimir Putin “Trampla oynamaqda böyük səhv edər, ona görə də bu qanun layihəsi prezidentin arsenalında bir alətdir”. Onun fikrincə, Putin son nəticədə müharibəni dayandırmaq üçün danışıqlar və Rusiya iqtisadiyyatının “dağıdılması” arasında seçim etməli olacaq.

//Samir Qurbanov, Editor.az

Seçilən
0
editor.az

1Mənbələr