AZ

Cənubi Koreyanın prezidenti vəzifəsini icra edən Han Duk Su istefa verib

“Yonhap” agentliyi xəbər verir ki, Cənubi Koreyanın prezidenti vəzifəsini icra edən Han Duk Su istefa verib.

Bu, Han Duk-Sunun iyunun 3-nə təyin edilmiş prezident seçkilərində iştirakına imkan verəcək. Cənubi Koreya rəsmisi qərarını Seulda keçirdiyi mətbuat konfransında açıqlayıb. “Bu çətin zamanda üzərimə düşən məsuliyyətin ağırlığını nəzərə alaraq, bu addımın doğru və qaçılmaz olub-olmaması barədə uzun və ciddi düşünərək qərara gəldim ki, əgər bu yeganə seçimdirsə, onu götürməliyəm”.

Xatırladaq ki, aprelin 4-də Cənubi Koreyanın Konstitusiya Məhkəməsi keçmiş prezident Yun Seok-Yeolun impiçmentini təsdiqləyib. Aprelin 14-də o, qiyam təşkil etməkdə ittiham olunaraq məhkəmə qarşısına çıxıb. İş onun 2024-cü ilin dekabrında hərbi vəziyyətin tətbiqinə görə açılıb.

Partiyadan kənar Han Duk-Su ölkə parlamentində çoxluğa sahib olan Cənubi Koreyanın Demokratik Partiyasının potensial rəqibləri arasında öncül namizəd kimi görünür.

//Samir Qurbanov, Editor.az

Seçilən
0
50
editor.az

10Mənbələr