“İnter”in niderlandlı müdafiəçisi Denzel Dumfris, UEFA Çempionlar Liqasının yarımfinal mərhələsində klub tarixində unikal bir nailiyyətə imza atıb.
İdmanxeber.az-ın məlumatına görə, “Barselona” ilə keçirilən yarımfinal qarşılaşmasında futbolçu dubla imza ataraq, bu mərhələdə iki qol vuran ilk “İnter” futbolçusu olub.
Xatırladaq ki, qarşılaşma 3:3 hesablı bərabərliklə başa çatıb və hər iki komanda finala yüksəlmək üçün ümidlərini ikinci oyuna saxlayıb.