Bürclərə görə ideal pəhriz: Qidalanma vərdişlərinizi səmanın enerjisi formalaşdıra bilər
Qidalanma tərziniz ulduzlarla əlaqəli ola bilər. Astrologiya yalnız xarakterinizi deyil, həm də yeməklə münasibətinizi və bədəninizin ehtiyac duyduğu tarazlığı təyin edə bilər. Bəs hansı bürc hansı pəhrizə daha uyğun gəlir? Motivasiya mənbəyiniz nədir? Bürcünüzə görə sizə ən uyğun pəhriz növü burada!
Qoç (21 Mart – 19 Aprel)
Enerjili, cəsarətli və rəqabətcil Qoçlar sürətli nəticə istəyir. Uzunmüddətli detokslar və məhdudlaşdırıcı pəhrizlər onların səbrini tükəndirə bilər. Zülal baxımından zəngin qidalanma həm enerjilərini qoruyur, həm də əzələ kütləsinin artmasına dəstək verir. Hərəkətli həyat tərzi ilə dəstəklənən dinamik pəhrizlər tam Qoçlar üçündür. Onlar üçün ac qalmaqdan çox, fəal qalmaq daha önəmlidir.
Buğa (20 Aprel – 20 May)
Dad, tekstura və təqdimata əhəmiyyət verən Buğalar, pəhrizdə də ləzzət axtarır. Ac qalmaq onları yolundan çıxara bilər, buna görə doyumlu və dadlı olan Aralıq dənizi pəhrizi ən uyğun seçimdir. Zeytun yağı, təzə tərəvəzlər, pendir və tam taxıllarla zəngin qidalar Buğa üçün həm sağlam, həm də sabit nəticələr verən seçimdir.
Əkizlər (21 May – 20 İyun)
Dəyişkən və maraqlı Əkizlər eyni yeməkləri təkrar-təkrar yeməyi sevmir. Rutindən sıxılırlar, buna görə çevik və müxtəliflik təqdim edən pəhrizlər – məsələn, aralıqlı oruc – onlar üçün daha uyğundur. Yemək hazırlayarkən yeni reseptlər axtarmaq və məlumat toplamaq da Əkizlər üçün əyləncəli bir təcrübədir.
Xərçəng (21 İyun – 22 İyul)
Evə bağlı və emosional Xərçənglər yeməyi sadəcə enerji deyil, emosional tarazlıq vasitəsi kimi qəbul edir. Bu səbəbdən duyğusal aclıq böhranlarına diqqət yetirməlidirlər. Ev şəraitində hazırlanmış yüngül yeməklər və qan şəkərini balansda saxlayan pəhrizlər Xərçəng üçün ideal seçimdir.
Şir (23 İyul – 22 Avqust)
Özünə qayğı göstərməyi sevən Şirlər üçün pəhriz də estetik və zövqlü olmalıdır. Aşağı karbohidratlı qidalanma ilə formada qala bilərlər, amma bunu şık təqdimatla birləşdirmək istəyərlər. Onlar üçün motivasiya xarici görünüşlə bağlıdır – uğuru paylaşmaq və aynada nəticəni görmək onların davamlılığını artırır.
Qız (23 Avqust – 22 Sentyabr)
Detallara fikir verən və sağlamlıq mövzusunda həssas olan Qızlar planlı şəkildə hərəkət etməyi sevir. Tərəvəz əsaslı, elmi əsaslara söykənən, etik dəyərlərə uyğun pəhrizlər Qız üçün ideal seçimdir. Vegeterian və ya vegan qidalanma, probiotiklərlə zəngin menyular onların həyat tərzinə tam uyğun gəlir.
Tərəzi (23 Sentyabr – 22 Oktyabr)
Zərif və balans axtaran Tərəzilər nə ac qalmaq, nə də həddindən artıq yemək istəmir. Estetik təqdimat, porsiya nəzarəti və balanslı dadlar Tərəzi üçün idealdır. Sosial olduqları üçün bir pəhriz yoldaşı ilə birlikdə olmaq onların uğur ehtimalını artırır.
Əqrəb (23 Oktyabr – 21 Noyabr)
İradəli və qərarlı Əqrəblər bir pəhrizə başladıqda sona qədər davam edirlər. Özünü nəzarətdə saxlamaq qabiliyyəti sayəsində ketogenik və ya su orucu kimi sərt pəhrizlərdə uğur qazana bilərlər. Lakin emosional dəyişikliklər zamanı yemək davranışları dəyişə bilər – bu hallarda özünü müşahidə etmək vacibdir.
Oxatan (22 Noyabr – 21 Dekabr)
Azadlığı sevən və səyahətə maraqlı Oxatanlar üçün sərt qaydalar uyğun deyil. Fleksitaryen (seçici vegeterian) kimi elastik pəhrizlər onlara uyğundur. Yeni mətbəxləri sınamaq, yeməyi bir macəra kimi görmək onların motivasiyasını artırır. Sürətli və praktik reseptlər, yolda da tətbiq edilə bilən həllər üstünlük təşkil etməlidir.
Oğlaq (22 Dekabr – 19 Yanvar)
Səbirli, intizamlı və məqsədyönlü Oğlaqlar uzunmüddətli faydalara fokuslanır. Klassik, kalori əsaslı planlı pəhrizlər onlar üçün çox əlverişlidir. Proqrama sadiq qalmaqda çətinlik çəkməzlər, amma zaman-zaman özlərinə istirahət və mükafat da verməlidirlər.
Dolça (20 Yanvar – 18 Fevral)
Yenilikçi və fərqli düşünən Dolçalar üçün klassik pəhrizlər darıxdırıcıdır. Onlar texnologiyanı izləməyi və trend qidalanma formalarını sınamağı sevirlər. Mobil tətbiqlərlə dəstəklənən sistemlər, aralıqlı oruc, xam qidalanma və ya dövri veganlıq kimi qeyri-ənənəvi yanaşmalar onlara daha uyğundur.
Balıqlar (19 Fevral – 20 Mart)
Zərif, xəyalpərəst və hissiyyatlı Balıqlar üçün qidalanma bir növ şəfa prosesidir. Bitki mənşəli, yüngül və ruhi tarazlığı dəstəkləyən pəhrizlər onlara uyğun gəlir. Su balansını qorumaq, aromaterapiya dəstəkləri ilə bədəni gücləndirmək faydalıdır. Lakin emosional aclığa düşməmək üçün fərqindəlik məşqləri vacibdir.