Bakı. Trend:
İranın “Melli” Bankının Bakı filialı bir müddətdən sonra yenidənfəaliyyətini tam şəkildə bərpa edib.
Trend-inməlumatına görə, bunu İranın Melli Bankının icra direktoru ƏbülfəzNəccarzadə “X” sosial şəbəkəsindəki hesabında yazıb.
Onun sözlərinə görə, İran prezidenti Məsud PezeşkianınAzərbaycana səfəri çərçivəsində bununla əlaqədar razılıq əldəolunub.
Bank rəsmisi qeyd edib ki, bu qərar iqtisadi münasibətlərininkişaf etdirilməsi istiqamətində iki ölkənin iradəsini nümayişetdirir və iş adamları üçün dəyərli imkan yaradıb.