“Hazırda Birləşmiş Ştatlar danışıqlar məsələsindən çox narahatdır. Tramp administrasiyası bir sıra istiqamətlərdə təzyiq altındadır”,- məlumatda deyilir.
Qeyd edək ki, xəbər Vaşinqton və Pekin arasında mümkün ticarət danışıqlarına dair spekulyasiyaların artması fonunda ortaya çıxıb. Bununla belə, tərəflər ziddiyyətli mövqelərə malikdir. Tramp dəfələrlə administrasiyasının Çinlə dialoq apardığını iddia etsə də, Pekin hər hansı ticarət müzakirələrin aparılçadığını bildirib.
![]() |
Çin ABŞ mallarına rüsumu qismən ləğv etməyə hazırdır |
Tramp əvvəllər Pekinin danışıqlara razılıq verəcəyi təqdirdə Çinə tətbiq olunan rüsumların yumşaldılması ehtimalına eyham vurmuşdu. Lakin Pekin hər hansı dialoqa başlamazdan əvvəl ABŞ-nin gərginliyi azaltmalı olması zərurətini vurğulayır.
Xatırladaq ki, dünyanın iki ən böyük iqtisadiyyatı arasında ticarət müharibəsi aprel ayında Trampın Çin mallarına 145% rüsum tətbiq etməsi ilə kəskinləşib. Bu addımı sərt şəkildə pisləyən Pekin Amerika mallarına 125%-lik gömrük rüsumları ilə cavab verib.
Sahil İsgəndərov
AzVision.az