AZ

Lunyovun baş məşqçisi qovuldu

Moskva “Dinamo”su Marsel Lickanın baş məşqçi postundan qovulduğunu açıqlayıb.

Msport.az xəbər verir ki, çexiyalı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

O, 2023-cü ilin iyunundan “ağ-göylər”ə başçılıq edirdi.

Xatırladaq ki, “Qarabağ”ın sabiq qapıçısı Andrey Lunyov hazırda “Dinamo”nun formasını geyinir. O, Moskva klubuna məhz Ağdam təmsilçisindən keçib.

Seçilən
0
msport.az

1Mənbələr