AZ

Prezident İlham Əliyev Qusarda yolun təmirinə 1,5 milyon manat ayırdı

Bakı. Trend:

Azərbaycan Prezidenti İlham Əliyev Qusar rayonununQuxuroba–Hiloba–Yasaoba–Əniqoba–Aşağı İmamqulukənd–Şirvanlıavtomobil yolunun əsaslı təmiri ilə bağlı tədbirlər haqqındaSərəncam imzalayıb.

Trend xəbər verir ki, sərəncama əsasən, beş min nəfər əhalininyaşadığı 6 yaşayış məntəqəsini birləşdirənQuxuroba–Hiloba–Yasaoba–Əniqoba–Aşağı İmamqulukənd–Şirvanlıavtomobil yolunun əsaslı təmiri məqsədilə Azərbaycan RespublikasıPrezidentinin 2025-ci il 10 yanvar tarixli 445 nömrəli Sərəncamıilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2025-ci il dövlətbüdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri)üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.19.21-ci yarımbəndindəgöstərilmiş məbləğin ilkin olaraq 1,5 milyon (bir milyon beş yüzmin) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinəayrılıb.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-cihissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməlidir.

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi bu Sərəncamın1-ci hissəsində göstərilən avtomobil yolunun əsaslı təmirinin davametdirilməsi üçün zəruri olan maliyyə vəsaitini AzərbaycanRespublikasının 2026-cı il dövlət büdcəsi layihəsində dövlət əsaslıvəsait qoyuluşu xərclərinin bölgüsündə nəzərdə tutmalıdır.

Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdanirəli gələn məsələləri həll etməlidir.

Seçilən
0
42
az.trend.az

10Mənbələr