Ukrayna və ABŞ yeraltı sərvətlərə dair saziş imzalayıblar.
Ukrayna və ABŞ faydalı qazıntıların birgə işlənməsi və Ukraynanın yenidən qurulması üçün investisiya fondunun yaradılması haqqında saziş imzalayıb.
Operativ Media xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.
Məlumatda qeyd olunub ki, müqavilə Rusiyanın tammiqyaslı işğalının başlamasından sonra Amerika xalqının Ukraynanı müdafiə etmək üçün göstərdiyi əhəmiyyətli maliyyə və maddi yardımın tanınması üçün imzalanıb.