AZ

Amorim: “Atletik”lə oyunda bizə çətin olacaq”

“Mançester Yuanyted”in baş məşqçisi Ruben Amorim Avropa Liqasının yarımfinalında “Atletik”lə ilk oyundan gözləntisini açıqlayıb.

Arena.az “United Zone” dərgisinə istinadən, portuqal mütəxəssisin müvafiq açıqlamasını təqdim edir:

“Bir ispan komandası üçün “Atletik” çox aqressiv və inadkardır. Rəqibin heyətində təkbətək vəziyyətlərdə çox yaxşı olan oyunçular var. Niko Uilyams var – xüsusi oyunçudur. Hazırda “Atletik” İspaniyada ən yaxşı müdafiəyə malikdir, biz isə o qədər də çox qol vurmuruq, odur ki, bizə çətin olacaq”, deyə Amorim vurğulayıb.

Xatırladaq ki, “Atletik” – “Mançester Yunayted” oyunun bu gün, mayın 1-də keçiriləcək. Hakim oyunu Bakı vaxtı ilə saat 23:00-da başladacaq.

Əlavə edək ki, “Mançester Yunayted” və “Atletik” cari mövsüm Avropa Liqasını qazanmağa ən əsas namizədlər olaraq qəbul edilirlər.

Seçilən
0
arena.az

1Mənbələr