Demokrat.az xəbər verir ki, bunu Xocalıda jurnalistlərə açıqlamasında Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası işçi qrupunun rəhbərinin müavini Eldar Səmədov deyib.
Onun sözlərinə görə, aprel ayında aparılmış qazıntılar zamanı 2 kütləvi məzarlığa rast gəlinib. Kütləvi məzarlıqlardan biri Şuşa şəhərinin yaxınlığında - Şuşa-Xankəndi yolu ilə Şuşa-Laçın yolunun birləşməsində aşkarlanıb. Həmin ərazidə ən azı 5 itkin şəxsə aid olan meyit qalıqları aşkarlanaraq götürülüb.
Eldar Səmədov bildirib ki, Əsgəran-Xocalı yolunun üzərində aşkarlanan kütləvi məzarlıqda isə azı 7 itkin şəxsə aid meyit qalıqlarının olduğu ehtimal edilir. Meyit qalıqları əsasən mülki şəxslərə aiddir. Qeyri-ənənəvi dəfn olunma üsulları müşahidə olunub.
5Mənbələr
-
baki-xeber.comXocalıda kütləvi məzarlıq aşkarlandı - FOTO ( 16887737)
-
yeniazerbaycan.comDövlət Komissiyası: Xocalıda kütləvi məzarlıq aşkarlanıb ( 16885901)
-
xalqqazeti.azDövlət Komissiyası: Xocalıda kütləvi məzarlıq aşkarlanıb ( 16885847)
-
demokrat.azXocalıda kütləvi məzarlıqlar aşkarlandı ( 16885349)
-
azertag.azDövlət Komissiyası: Xocalıda kütləvi məzarlıq aşkarlanıb ( 16885325)